Yasamal evlərinin SÖKÜLMƏSİNƏ başlanır – Memar

Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində evlər söküləcək.

Bunu Teleqraf.com-a açıqlamasında Yasamal rayonunun memarı Eyvaz Bağırov deyib.

Onun sözlərinə görə, həmin küçə genişləndirilir:Yol çox dar olduğu üçün təmir işləri aparılır. Genişlənən ərazidə evlərin sökülməsi zəruruidir. Sakinlərin razılığı ilə evlər həmin hissədən köçürüləcək. Hazırda söküləcək evlərin ünvanları müyyənləşdirilib. Yolun layihəsindən asılı olaraq 24 evin sökülməsi planlaşdırılıb.

Bu yolda problem vardı. Şəhərdən “Binə, Sədərək ticarət mərkəzlərinə gediş-gəliş çətinləşmişdi. Əziz Əzizov Yasamalın icra başçısı təyin olduqdan sonra ilk olaraq bu məsələni qaldırdı və lazımi addımlar atıldı”.

Eyvaz Bağırov qeyd edib ki, Əsəd Əhmədov küçəsində 4 zolaqlı hərəkət olacaq:Yolun ətrafında abadlıq işləri də aparılacaq. Bir çox obyektin qarşısındakı artırmalar sökülərək, səki salınacaq”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Əsəd Əhmədov küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyi üçün yolun hərəkət hissəsi deformasiyaya uğrayıb:Qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin yoxluğu, olanların da dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranıb.

Uzunluğu 1.5 km, eni isə 7-8 metr olan küçədə hazırda yenidənqurma işləri aparılır. Küçənin eni 14 metrə qədər genişləndirilir”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi