MŰHARİBƏ və Əmək ƏLİLLƏRİ üçün Pansionatda BAYRAM təşkil olunub

img

Milli Məclisin deputatı, Azərittifaqın İdarə Heyətinin sədri, professor Eldar Quliyevin təşəbbüsü və dəstəyi ilə Azərittifaqa tabe olan iki təhsil müəssisəsi - Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşları, tələbələri Azərbaycan xalqının milli bayramı olan – Novruz Bayramı münasibətilə xeyriyyə məqsədilə Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ziyarətdə oldular.

Qeyd edək ki, təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə pansionatda böyük konsert proqramı təşkil olundu və pansionat sakinlərinə bayram sovqatları hədiyyə olundu.

Tədbirdə giriş nitqi ilə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə xanım Quliyeva çıxış edərək bütün pansionat sakinlərini və ümumilikdə tədbir iştirakçılarını xalqımızın əziz bayaramı olan Novruz bayramı münasibətilə təbrik etdi və onlara Millət vəkili Eldar Quliyevin salamlarını və təbriklərini çatdırdı. F. Quliyeva bildirdi ki, "Xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran xalq bayramları mərasimləri var. Bunlardan biri baharın gəlişi münasibətilə qeyd edilən, total şəkildə xalqımızın təfəkküründə həkk olunmuş Novruz bayramıdır. Xalqımızın formalaşmasında, inkişafında və milli özünüdərkində böyük rol oynayan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir.

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyunca Novruz bayramını əziz tutmuşdur. Azərbaycanda hər il mart ayının 20-21-də qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlı olan bir bayramdır. Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı, sadəcə, şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.

Milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsinin zənginliklərinə sahib çıxmış, milli dəyərlərinə daha hörmət və ehtiramla yanaşmağa başlamışdır. Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz 1970-80-ci illərdə daha kütləvi və daha təmtəraqla qeyd olunmağa başladı.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra isə xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə qeyd etməyə başladı. Tariximizin yaddaşından süzülüb gələn Novruz bayramı bir çox çətinliklərdən ötərək bu günümüzə qovuşub özünün halal yerini tutmuşdu. Ümummilli lider

Heydər Əliyev Novruz bayramını Azərbaycanın dövlət müstəqilliyinin xalqa verdiyi bəhrələrdən biri kimi səciyyələndirirdi”.

Direktor eyni zamanda, Azərbayacanda ahıllara, müharibə veteranlarına, əlillərə göstərilən dövlət qayığısından söz açaraq vurğruladı ki, bu kateqoriyadan olan şəxslərə dövlət qayğısı Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. Müstəqil Azərbaycanda ahıllar, müharibə veteranları, əlillərlə bağlı dövlət siyasəti xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Onlara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın veteranlara, ahıllara, əlillərə olan diqqəti daim böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahıllarla, veteranlarla görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur: qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bütün tədbirlər isə Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir".

Çıxışlardan sonra incəsənət nümayəndələrinin musiqi nömrələri ilə bayram konserti təşkil olundu. Konsertdə tələbələr, müəllimlər və pansionat sakinləri birgə rəqs edərək xoş əhval-ruhiyyə mühiti yaratdılar.

AzerTaym.az

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi