Varşavada “CƏNUB-QƏBR” beynəlxalq nəqliyyat marşrutunun inkişafına üzrə Koordinasiya komitəsinin YIGINCAGI keçirilib.

 

Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-ni sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Koordinasiya Komitəsinin yığıncağında Ukrayna tərəfinin son dəyişikliklərini nəzərə alaraq, 2018-ci il üçün Cənub-Qərb marşrutundakı xüsusi heyət üçün istifadə olunan vaqon və konteynerlərdə yüklərin daşınmasına dair tariflərin nəzərdən keçirilməsi; Slavkuv-Astara (İran) marşrutu üzrə ilk test konteyner (blok) qatarının göndərilməsi; Universal heyətlə yüklərin (taxıl, bitki mənşəli yağlar, metal məmulatları, tikinti materialları, polietilen, polipropilen, filiz, bitum, şüşə, tomat pastası, quru meyvələr və s.) daşınmasına dair kompleks tariflərinin nəzərdən keçirilməsi; 2018-ci il üçün Cənub-Qərb marşrutu üzrə universal və xüsusi konteynerlərdə təhlükəli yük daşınmasının müzakirəsi və razılaşdırılması; Astara (İran) stansiyasının istismara verilməsindən sonra, Azərbaycan və İrana yükdaşıma tariflərinin Azərbaycan və İran tərəfindən yenidən nəzərdən keçirilməsi və təsdiq edilməsi; Marşrutun dəniz hissəsində (Qara dənizdə) tarif şərtlərinin optimallaşdırmasına dair əldə edilmiş nəticələrin Ukrayna və Gürcüstan tərəflərinə təqdim edilməsi; Azərbaycan, Gürcüstan, İran və Polşa tərəfləri arasında (ay ərzində bir blok-qatardan artıq olmaması şərti ilə) boş konteyner və boş platformaların daşınma ödənişindən azad edilməsi məsələsinin nəzərdən keçirilməsi; bu məsələ üzrə Ukrayna tərəfinin yekun qərarının İşçi qrupuna açıqlanması; Kompleks tariflərinin yerləşdirilməsi haqqında Azərbaycan tərəfinin məlumatının marşrutun veb-səhifəsində, həmçinin marşrut iştirakçılarına təqdim edilməsi və digər strateji əhəmiyyətli məsələlər müzakirə olunub.Tərəflər, müzakirə olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bildiriblər.Sonra yığıncağın protokolunun imzalanması mərasımı keçirilib.Tədbir çərçıvəsində dəmir yolu administrasiyalarının təqdimatları (mövcud potensial və imkanlar, planlar) olub, eyni zamanda potensial müştəri və ekspeditor şirkətləri ilə işgüzar görüşlər də baş tutub.Xatırladaq ki, “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. lkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır. Alternativ marşrutlarda çatdırılma vaxti 35-37 gün təşkil edir.

AzerTaym.az






Fikirlər

Şərh müəllifi: Chante                 Tarix: 16 mart 2018 06:31                 [ Cavabla ]
online casino real money
online casino games
casino games slots
online casino slots
play casino games online

                        

Şərh müəllifi: Ellindurf                 Tarix: 1 iyun 2018 18:10                 [ Cavabla ]
Qsymia No Prescription Online Kamagra Emea п»їcialis Commander Du Viagra Amoxicillin Prescribing Information For Uti'S Amoxicillin Online

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi