RƏSUL QULİYEVİN SABİQ SİLAHDAŞLARINDAN BİRİ VƏFAT EDİB

Natiq Efendiyev

Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, keçmiş siyasi məhbus Natiq Əfəndiyev vəfat edib.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə eks-spiker Rəsul Quliyev məlumat verib.

Azərbaycanın azadlığı uğrunda mübarizənin həmişə ön cərgəsində olan əziz dostum Natiq Əfəndiyev dünən qəfildən yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Bu ağır kədəri onun ailə üzvləri, yaxınları, dostları və silahdaşları ilə bölüşürəm. Biz onu heç vaxt unutmaycağıq! – R.Quliyev bugünkü “Facebook” postunda yazıb.

N.Əfəndiyev Rəsul Quliyevin sadiq tərəfdarlarından biri idi. 1996-cı ildə R.Quliyevə görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verən N.Əfəndiyev Türkiyəyə mühacirət etmiş, 2000-ci ilin yanvar ayında burda həbs olunaraq Azərbaycana ekstradisiya olunmuşdu.

Məhkəmə onu ömürlük həbsə məhkum etsə də, 2005-ci ildə mart ayında əfv fərmanı ilə həbsdən azad olunmuşdu. Lakin N.Əfəndiyev bir qədər sonra yenidən həbsə atılmışdı. 2010-cu ildə həbsdən çıxdıqdan sonra siyasətdən uzaqlaşan N.Əfəndiyevin ABŞ-da ailəsinin yanında yaşadığı bildirilirdi. 

Allah rəhmət eləsin!






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi