NİZAMİ RAYONUNDA FESTİVAL keçirilib - FOTOLAR

Nizami rayonunda festival keçirilib

Nizami rayonundakı 62 №-li məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Təbiətimizi gözəlləşdirək” adlı festival keçirilib.

"AzerTaym.az"xəbər verir ki, festivalda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Fəttah Heydərov, Sədaqət Vəliyeva, Rasim Musabəyov, Flora Qasımova, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Musa Quliyev, Hadı Rəcəbli, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Aynur Sofiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Qonaqlar ilk öncə 62 №-li məktəb-liseyin ərazisində müəllim kollektivi, şagirdlər və onların valideynləri tərəfindən əkilmiş meyvə ağacları, ekoloji tullantılardan, o cümlədən maşın təkərləri, sınıq velosipedlər, plastik qablar, köhnəlmiş çantalardan düzəldilmiş qeyri-adi fiqurlarda əkilmiş gül kollarına baxış keçiriblər.

Sonda şagirdlərin ifasında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirilib.

 








 






Fikirlər