SUMQAYIT şəhər Xəstəxanasında NƏ BAŞ VERİR?! VİDEO

 

Sumqayıt şəhər 1 nömrəli şəhər Xəstəxananın həyətyanı sahəsində tullantılar yandırılır. Bu isə ətraf ərazilərdə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.


 "AzerTaym.az" xəbər verir ki, bu barədə "xeberle.com"a müraciət edən sakinlər xəstəxananın həyətində yandırılan zibillərin tüstüsünün ətraf ərazilərə də yayıldığını və xoşagəlməz qoxu ilə yanaşı, bir çox problemlərə də yol açdığını bildiriblər. Məsələ ilə bağlı Sumqayıt şəhər 1 nömrəi şəhər Xəstəxanasının baş həkimi Nazim Hüseynquliyev ilə əlaqə saxladıq. Nazim Hüseynquliyev saytımızıa açıqlamasında zibilləinr xəstəxananın işçiləri tərəfindən yandırılmadığını deyib: "Zibilləri hündürmərtəbəli binaların eyvanlarından xəstəxananın həyətinə tökürlər. Biz qəti sürətdə o zibilləri yandırmırıq. Xəstəxananın həyətinə girmək üçün heç kəsə maneə törədilmir. Ora bilər ki, oraya gələnlərdən biri yandırıb”.


Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsindən isə bildirildi ki, xəstəxanadan yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat onlara daxil olmayıb: " Xəstəxananın işçiləri nəzarət altında oranı təmizləyib yandırırlar. Ətrafda yaşan sakinləri narahat etməmək şərtilə hər bir obyektdə nəzarət altında nəyinsə yandırılması həyata keçirilə bilər. Oranın həyətində zibillərin yandırılması ilə əlaqədar hündürmərtəbəli yeni tikilinin komendantı bizə müraciət edib. Hadisə ilə bağlı Dövlət Yanğın Nəzarət Xidmətinin inpektorlarına məlumat vermişik və problemin aradan qaldırılması üçün oraya yanğınsöndürən maşın göndərmişik”.

 







Fikirlər