İCRA BAŞÇISI tədbir KEÇİRDİ

İcra başçısı tədbir keçirdi

Nizami rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət” adlı tədbir keçirilib

AzerTaym.az xəbər verir ki,  32 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət” adlı ümumrayon tədbiri keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Rasim Musabəyov, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.

Tədbirdə məktəb şagirdlərinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinə və Vətənə həsr edilmiş şeirlər, “Cümhuriyyət nəğməsi” və “İgidlər yurdu, ey Azərbaycan” nəğmələri səsləndirilib.

Sonda Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə müğənnilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.

 

 








Fikirlər