NİZAMİ rayonunda sakinlərlə növbəti səyyar qəbul-görüş KEÇİRİLİB

 "AzerTaym.az" bildirir ki,NİZAMİ Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov  tərəfindən M.X.Şərifli küçəsi 4A, 4B ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qəbulda sakinlər binaların damlarının, pilləkən qəfəslərinin və navalçaların təmir olunması, məhəllənin işıqlandırılması, boş ərazidə park salınması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.






Fikirlər