YENİLİK,İNKİŞAF,NOVATORLUQ NÜMUNƏSİ- QURUCU REKTOR!

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу baki dovlet universiteti

Birinci vitse-prezident Mehriban ƏliyevaSABAHın məzunu” mərasimi iştirakçılarına müraciətində 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz rolunu qeyd edərək Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən birinin də məhz təhsil sahəsində olan yeniliklər olduğunu vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində ən böyük yeniliyi, uğuru isə Bakı Dövlət Universitetinin təsis edilməsidir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılmasını xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri adlandırmşdır.

Картинки по запросу baki dovlet universiteti

Üç fərqli quruluş və dövlətin bir-birinə tamamilə zidd olan dəyər və ideologiaysı mühitində 100 illik bir tarixdə Bakı Dövlət Universiteti Azərbaycanda elmin inkişafında müstəsna rol oynamaqla, cəmiyyətin ziyalı təbəqəsinin formalaşmasında aparıcı rola malikdir. Bu prosesin əsasları BDU-nin ilk rektoru Vasili İvanoviç Razumovski tərəfindən qoyulsa da, ondan sonra Universitetə rəhbərlik edən rektorlar tərəfindən inkişaf etdirilərək yeni mərhələlərə çatdırılmışdır. 100 illik bir tarixə malik BDU-nun inkişaf prosesinə öz möhürünü vuran rektorlardan biri və bəlkə də birincisi AKADEMİK ABEL MƏHƏRRƏMOVdur.

Картинки по запросу abel meherremov və bakı dövlət universiteti

BDU-ya ən uzun müddətli dövrdə rəhbərlik etməsi ilə artıq tarixə düşən Abel Məhhərəmovun rektor olduğu 19 il ərzində Universitet bir sıra uğurlara imza atmışdır. Akademik Abel Məhərrəmovun rektor təyin edilməsindən çox qısa zaman sonra Universitet özünü idarəetmə əsasında fəaliyyət göstərən ali təhsil müəssisəsi statusu alır. Gələcək tarixçilər tərəfindən heç şübhəsiz QURUCU REKTOR kimi qeyd olunacaq akademik Abel Məhərrəmov rektor olduqdan cəmi bir il sonra, 2000-ci ildə Universitetin müasir idman kompleksi, Altıağac qəsəbəsində tələbələr üçün tədris-təcrübə bazası yaradılır. Bir il keçəcək və 2001-ci ildə Universitet yeni nəşriyyata və üzgüçülük kompleksinə qovuşur. 2008-ci il sentyabrında Universitetin onmərtəbəli yeni tədris korpusu istifadə verildi. Akademik Abel Məhərrəmov Universitetin maddi-texniki bazasının inkişafına müstəsna önəm verdiyi kimi pedoqoji kollektivin maddi rifah halının yüksəldilməsini də daima diqqət mərkəzində tutur.

Картинки по запросу baki dovlet universitetinin gənc istedadlar litseyi

Məhz Abel Məhərrəmovun rəhbərliyi dövründə müəllimlər üçün iki yaşayış kompleksi, 300 ailəlik “Kainat” və 360 ailəlik “Bakı universiteti” yeni yaşayış kompleksləri istifadəyə verilmişdir. Qubada 400 nəfərlik 5 mərtəbəli Tədris-təcrübə və istirahət mərkəzinin istifadəyə verilməsi müəllim və tələbələrin elmi yaradıcılığının inkişaf etdirilməsinə çox güclü əsaslar yaratdı.

Картинки по запросу baki dovlet universitetiКартинки по запросу bakı universiteti

Bakı Dövlət Universitetinə 1999-cu ildən rəhbərlik edən Abel Məhərrəmovun rektor olduğu illər Universitetin maddi-texniki bazasının sürətli genişləndirilməsi illəri olduğu kimi, bir çox yeniliklərin tətbiq olunduğu illər kimi də artıq tarixə düşüb. Buraya Bolonya prosesinin (kredit sisteminin) tətbiqinə başlanması, Nanoaraşdırmalar elmi-tədqiqat mərkəzinin yaradılması, Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzi yaradılması kimi yeniliklərin həyata keçirilməsi daxildir. Universitetin gələcək tələbələrinin biliklərə dərindən yiyələnməsini çox önəmli hesab edən akademik Abel Məhərrəmov  “Gənc istedadlar” litseyinin yaradılmasına da nail olub.

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Bütün bunlar isə öz nəticəsini verməli idi. Bu nəticə isə bir çox məsələlərdə özünü göstərir...

Bunlardan biri Bakı Dövlət Universitetinin dünya Universitetlərinin reytinq çədvəlində ildən-ilə daha ön sıraya çıxmasıdır. İnanırıq ki, davamlı inkişaf nəticəsində BDU-nun adını çox yaxın illərdə hazırda ən nüfuzlu reytinq göstəricisi olan "Times Higher Education” dərgisi tərəfindən hazırlanan illik “Dünya Universitetləri Reytinq Cədvəli”ndə ilk yüzlükdə görmək mümkün olacaq. BDU-nun nüfuznun artması, bu ali məktəbin tələbə adını qazanmaq istəyən abuturiyyentlər arasında ilk seçim etməsi da təsdiq edir. Bundan başqa beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda kadr seçimində BDU-nun məzunlarına üstünlük verirlər. Ölkənin idarəetmə orqanlarında BDU məzunlarının xüsusi çəkiyə malik olması da bu Universitetin ölkənin ali məktəbləri arasında liderliyini qorumasının göstəricisidir. Amerika Birləşmiş Ştatlarının və Avropanın nüfuzlu Universitetləri ilə əməkdaşlıq BDU-nun inkişafında yeni mərhələyə öz tövhəsini vermişdir. BDU Avrasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvü olmaqla dünyanın bir çox ali məktəbi ilə əməkdaşlıq qurmaq imkanı qazanmışdır. Dünyanın bir çox Universiteti ilə iki tərəfli əməkdaşlıq müqaviləsi imzalayan BDU dəyişən dünyanın sürətlə dəyişdiyi təhsil prosesində öz yerini almağa çalışır.

Картинки по запросу baki dovlet universiteti

Bu gün dünya on illiklər ərzində deyil, aylar və bəzən həftələr ərzində dəyişir. Qərbdə və Şərqdə yeni texnologiyaların tətbiqində inanılmaz uğurlar yaşanır. Çox qısa zaman əvvəl mümkünsüz, hətta fantastik görünən hadisələr reallığa çevrilir. Yeni texnologiyalar bütün sahələrə nüfuz edərək kosmosun fəftindən tibbə kimi bütün sahələri sürətlə dəyişir. Belə sürətlə dəyişən dünyada ölkəmizin öz layiqli yerini alması ilk növbədə ali məktəblərimizdən asılıdır. Akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin əldə etdiyi uğurlar Azərbaycanın dünyda öz layiqli yerini almasının əsaslarını yaradır. Buna görə də əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası etibarlı əllərdə olduğu kimi, Cümhuriyyətin yadigarı Bakı Dövlət Universiteti də etibarlı əllərdədir.

Azər Abdul.

Картинки по запросу baki dovlet universitetiКартинки по запросу baki dovlet universitetiÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение






Fikirlər