"AZƏRİŞIQ"dan işıq pulu ilə bağlı - AÇIQLAMA

"Azərişıq"dan işıq pulu ilə bağlı - AÇIQLAMA

Quraşdırılan sayğaclara yalnız fiziki müdaxilə edilə bilər.

AzerTaym.az-ın oxu.az-a istinadla istinadla verdiyi məlumata görə, bunu "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün smart və elektron sayağaclar bir sistemlidir:

"Onların hər hansı funksiyası varsa, bu, o sayğacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin.

Fiziki müdaxilə dedikdə, abonentlərin sayğaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda, biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib yoxlayırıq.

Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik ki, bir saat ərzində istehlak etdikləri enerjini sayğac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayğacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu, elə də çətin deyil".

Araz Məmmədzadə qeyd edir ki, heç bir halda kənar göstəricilər sayğaca daxil edilməyib.






Fikirlər