Bu gün həbsdən buraxılan İlqar Məmmədovun evindən eksklüziv FOTOLAR

"REAL" Partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılıb.

Bu gün Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar qəbul edilib. 

Musavat.com-un müxbiri xəbər verir ki, İlqar Məmmədov Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki evinə gəlib.

Evdə onu yaxınları və "Real" hərəkatının üzvləri, o cümlədən, müxalif düşərgənin təmsilçiləri qarşılayıblar.

Xatırladaq ki, İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunmuşdu.

O, 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir.

Musavat.com






Fikirlər