Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar ŞOK ETDİ - FOTO

Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar ŞOK ETDİ - FOTO

Türkiyənin Qars şəhərinin Kağızman qəsəbəsində yerləşən Paslı kəndində yaşayan 9 yaşlı Sedanur Gözəlin 6 gün öncə yoxa çıxması ilə əlaqədar başladılan araşdırma zamanı saxlanılan Ertan B. barəsində detallar ortaya çıxmağa başlayıb.

Həbsxanadan qaçdığı üzə çıxan Ertan B. böyük qardaşı Ercan B.-nın adına hazırlanmış saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

6 müxtəlif cinayət törədən Ertan B. şəhərdən qaçmaq istəyərkən hava limanında saxlanılıb. İfadəsində axtarılan azyaşlı Sedanur və yanındakı uşaqlarla danışdığını etiraf edən Ertan B. "Çox qısa danışdıq, aramızda divar var idi, sonra oradan uzaqlaşdım" deyib.

Ertan B-nin kənddən gedərkən onu görənlərə "Müge Anlının verilişinə qatılmağa gedirəm" dediyi ortaya çıxıb. Aparılan araşdırmalar zamanı Ertan B-nin telefonunda porno məzmunlu çoxlu video və fotolar da tapılıb.

Qeyd edək ki, istintaq davam edir. Azyaşlı Sedanurun axtarışları da hələlik nəticə verməyib./milli.az






Fikirlər