Bu da prezidentin yarım milyardlıq ikimərtəbəli təyyarəsi - FOTOLAR

Qətər şeyxi Təmim bin Hamed Əl Saninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi və xeyli mübahisələrə səbəb olan VİP təyyarə ilk dəfə istifadə olunub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransaya səfər edən prezident yeni "Boing 747-8” tipli təyyarəsində ilk dəfə mətbuat nümayəndələri ilə görüşərək foto çəkdirib.
Təyyarənin daxili görünüşünün əvvəlkinə nisbətən xeyli geniş olması da diqqətdən yayınmayıb. Hətta masanın belə əvvəlkindən iki dəfə böyük olduğu bildirilir. Normalda 400 sərnişin daşıya bilən təyyarədə özəl olaraq 76 sərnişin üçün hazırlanıb. Hava gəmisinin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.
İyulun 15-də İsveçrənin Bazel şəhərindən İstanbulun Səbihə Gökçən hava limanına enən təyyarə Türk Hava Yollarına məxsus xüsusi ərazidə saxlanılıb.  
  •   
  •   






Fikirlər