AZƏRBAYCAN TƏYYARƏLƏRİ QARABAĞDA... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ!

Картинки по запросу Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ

“Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”.

"AzerTaym.az" bildirir ki,Publika.az-ın xəbərinə görə,bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.

Onun sözlərinə görə, Ermənistan “qırıcı aviasiyasına” malik deyil: “Onda yalnız hücum təyyarələri var, qırıcılar olmadığı üçün bu, faktiki olaraq faydasızdır. Qırıcılar yoxdursa, müharibə vaxtı hücum təyyarələrini qorumaq mümkün olmayacaq”.

Xramçik qeyd edir ki, müasir qırıcıların dəyəri 50 milyon dollar dəyərindədir.

“Rusiya müdafiə sənayesi həm öz ordusu, həm də Qazaxıstan ordusunun təchizatına görə yüklənib. Əgər Ermənistana qırıcıların verilməsi ilə bağlı qərar verilərsə, bu 2-3 ildən tez olmayacaq”, - deyə o bildirib.

Rusiyalı ekspert hesab etmir ki, pilotsuz təyyarələr aviasiyanın yoxluğunu kompensasiya edə bilər: “Hətta Ermənistanın Su-25 hücum təyyarələri də aviasiyanı kompensasiya edə bilmir. Hava Hücumundan Müdafiə sistemləri aviasiyanın yoxluğunu qismən kompensasiya edə bilər, lakin tamamilə yoxdur. Çünki bu sistemlər passiv müdafiədir, əks-zərbələr endirməyə imkan vermir. Bu taktika heç vaxt qələbəni təmin edə bilməz. Müasir dünyada aviasiyaya malik olmayan ölkə heç vaxt döyüşə bilməz”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi