Lavrov Tahir Salahovu MUKAFATLANDIRDI...

Lavrov Tahir Salahovu mükafatlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və SSRİ-nin xalq rəssamı Tahir Salahovun sərgisində iştirak edib.

  Trend-in məlumatına görə, sərgi rəssamın 90 illik yubilieyi əlaqədar Bakı Ekspo Mərkəzində keçirilir.

S.Lavrov sərgi zamanı rəssamla da görüşüb. Sərgidən sonra nazir, Tahir Salahova Rusiya XİN-in mükafatını təqdim edib.

Qeyd edək ki, rusiyalı nazir Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak etmək üçün ötən gün Azərbaycana səfərə gəlib. S.Lavrov gərgin iş qrafikinə baxmayaraq, bu gün tanınmış rəssamla görüşməyə vaxt tapıb






Fikirlər