Deputatlara “Parlament” medalı verildi

Azərbaycan Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatları təltif edilib.

AzerTaym.az-ın məlumatına görə, spiker Oqtay Əsədovun 24 dekabr 2018-ci il tarixli sərəncamı ilə deputatlar Azərbaycan Respublikası Milli Məclisinin “Parlament”medalı ilə təltif olunublar.

“Parlament” medalı  Milli Məclisin bütün deputatlarına, Aparat işçilərinə, şöbə müdirlərinə verilib.

Qeyd edək ki, hazırda Milli Məclisdə 119 deputat təmsil olunur.






Fikirlər