Şəhərin mərkəzindəki kitabxana niyə bağlanıb? - Baş İdarədən AÇIQLAMA

Bakı şəhəri, Səbail rayonu , İ.Səfərli küç, 13  ünvanında yerləşən M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialı fəaliyyətini dayandırıb. 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Muradzadə BakuPost-a açıqlamasında deyib ki, kitabxana təmirə dayandırılıb: "Kitabxanada su sızmaları, nəm olduğu üçün təmir işlərinin aparılmasına qərar verilib”. 
P. Muradzadə bildirib ki, təmirlə əlaqədar kitabxanadakı kitabların bir qismi Xətai rayonu, Gəncə pr., 453 M.Ə.Sabir adına şəhər kütləvi kitabxanaya daşınıb. 
Təmir işlərinə gələn həftədən başlanacaq. İşlər yekunlaşandan sonra kitabxana fəaliyyətini davam etdirəcək. 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialının bağlandığı, kitabxananın yerindən biznes məqsədi ilə istifadə ediləcəyi barədə məlumatlar yayılıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi