Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya MÜRACİƏT

Azərbaycan Respublikasının 
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya,

Surəti: Bakı Şəhər İcra Hakimiyyətinə,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə,
Əmlak Məsələləri Dövlət Komitəsinə


Bərdə şəhəri, Gəncə küçəsi 26-da yaşayan 
Xəlilova Almaz Allahverdi qızı tərəfindən


MÜRACİƏT

Hörmətli Mehriban xanım, 
25 iyul 2001-ci il tarixdə 28 saylı Dövlət Notariat Kontorunda satıcı Nəsirov Məhərrəm Sahib oğlundan alqı-satqı yolu ilə 65.000 ABŞ dolları ödəyib, Bakı şəhəri Qarabağ küçəsi ev 31, mənzil 7,8-də yerləşən 5 otaqlı mənzil aldım.
2007-ci il tarixdə mənizili özəlləşdirmək istədikdə mənə bildirdilər ki, notarius alqı-satqını dövlət reyestrindən keçirib qeydiyyata aldırmamışdır. Məhkəməyə müraciət edib alqı-satqını qanuni olmasını təsdiq etdirdim. 17 il keçəndən sonra maraqlı dələduz Qaraşov Saleh Məmməd oğlu adlı bir şəxsin vasitəsi ilə məhkəmə yenidən işə baxıb, 2007-ci il tarixli qətnaməni Bakı Apellyasiya Məhkəməsi 17 sentyabr 2018-ci il tarixdə ləğv etdi. Məhkəmə ləğvin əsaslarını onda göstərdi ki, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir. Notariusun səhlənkarlığı, işinə etinadsız və məsuliyyətsiz yanaşması nəticəsində qeydiyyata alınmamışdır. Burada mənim heç bir təqsirim yoxdur. Məhkəmənin göstərdiyi bütün hallar qanunvericiliyin tam ziddinə olmaqla, qərəzli formada işə yanaşmasının nəticəsində 17 il bundan əvvəl bağlanmış alqı-satqının əsassız hesab etməsi, mənim və mənim himayəmdə olan əslində həmin əmlakın nəvələrə məxsus olması, əmlak hüquqlarımızın məhkəmə tərəfindən kobud surətdə pozulmasıdır.
Eyni zamanda qətnamədə göstərilir ki, 28 saylı DNK-da təsdiq edilməsi iddia edilən qeyd edilən müqavilənin kserosurət olmasını məhkəmə qeyd etsə də, Qeydiyyat Şəhadətnaməsinin əsli təqdim edilmişdir. Hal-hazırda həmin məhkəmə qanunun aliliyini, ədaləti kənara qoyub dələduz bir şəxsin xeyrinə qətnamə çıxardı.
2007-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi işə baxarkən Nəsirov Məhərrəm Sahib oğlunun ünvanını müəyyənləşdirə bilmədiyindən onun məhkəmə prosesində iştirakını təmin edə bilmədi. Belə ki, o, mənzilin satandan sonra yaşayış yeri üzrə qeydiyyatı Masallı rayonu Tatyan kəndi olsa da, o, Rusiya Federasiyasında yaşayır.
İşdə maraqlı şəxs Qaraşov Saleh Məmməd oğlu uzun axtarışdan sonra M.S.Nəsirovu Rusiyadan gətirdikdən sonra onlar həmin ərazidə tikinti işdəri aparan MTK ilə əlaqəyə girərək, MTK bütün xərcləri çəkəcəyini məhkəmədə məsələlərin müsbət həll olunacağını vəd edərək belə bir qanunsuz oyunla biz kimsəsiz, məzlum insanlara torba tikərək mülkümüzü əlimizdən alırlar. Məhkəmə orqanlarına gəldikdə məhkəmə instansiyaları heç bir haqq ədalət gözləmədən qanunsuz qətnamələrin çıxarılmasına rəvac verirlər. 
Bakı Apellyasiya Məhkəməsi işə baxarkən 17 il əvvəl ödədiyim 65.000 min ABŞ dollarının taleyi və həmin pulların 17 il sonrakı məzənnə ilə məbləği göstərilməməsi və pulların qaytarılması barədə qətnamədə heç bir qeyd yoxdur.
Bu işdə yuxarıda göstərilənləri yazmaqda məqsədim səlahiyyəti olan şəxslərdən ədalətin və haqqın bərpa olunmasında mənə yardımçı olmaqlarını xahiş edirəm. Belə ki, 2001-ci ildən mərhum kürəkənim mənim adıma 65000 ABŞ dollarına öz uşaqları üçün aldığı mənzili qardaşı Qaraşov Saleh Məmməd oğlu qanunsuz yolla ələ keçirib mənimsəmək istəyir. Bərdə şəhərində yaşadığım üçün Bakıya tez-tez gedə bilmədiyimə görə həmin mənzilin torpaq pulu, zibil pulu və nəzarət edilməsi üçün Bakı şəhərində yaşayan qohumlarıma ehtibarnamə vermişəm. Onlarda mənim adımdan mənzilin vergi pulu və zibil pulunu ödəmiş və nəzarət etmişdilər. Etibarnamə əsasən mənzilə nəzarət edən və ödənişləri edən kürəkənimin bibisi oğlunun vaxtının az olduğuna görə mənzilə nəzarət edə bilmədiyi üçün bu məsələni mərhum kürəkənimin qardaşı Qaraşov Saleh Məmməd öğlu öz üzərinə götürmüşdür. Bu məqsədlə ona 17.03.2015ci ildə ona etibarnamə verdim. Təxminən həmin ilin avqust ayında Saleh mənə yaxınlaşıb demişdir ki, həmin ərazidə evlər sökülür və mölköyyətçiləri siyahıya alırlar. Onlara həmin yerdə tikiləcək çoxmərtəbəli binadan evləri sökülən mölköyyətçilərə təmirli mənzil verəcəklər. Bu məqsədlə o, məndən evin çıxarışını, şəxsiyyət vəsiqəmi, nigah şəhadətnaməmi və ərimin ölöm kağızını istədi ki, onu aparıb siyahıya götüzdürsün. Etibarnaməm olduğu üçün mənim getməyimi lazım bilmədi və mənə: “Sən savadsız qadınsan, səni aldadarlar” dedi. Məndə Salehə inanıb istədiyi sənədləri ona verdim. Mənim ağlıma belə gəlməzdirki , mölköyyətimdə olan mənzili həmin etibarnamə ilə 70 yaşına yaxın olan Saleh 23.09.2015ci il tarixdə 14 saylı DNKda yarı yaşında olan təzə evləndiyi 2-ci arvadı Qaraşova Afət Yunis qızına bağışlayar. Mən bundan xəbər tutub, məhkəməyə müraciət edib həmin etibarnamənin və alqı-satqının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına nail oldum. Ali Məhkəmə mənim iddiamı təmin edərək öz qüvvəsində saxladı. Qətnamənin nəticələrinin ləğv edilməsi hissənin Bakı Apellyasiya Məhkəməsinə yenidən baxılmaq üçün göndərdi. Saleh işin uduzduğunu görüb, satıcı M.Nəsirovu tapıb Rusçiyadan gətirib məhkəmə vasitəsilə 2007-ci ildə olan Nərimanov rayon məhkəməsinin qətnaməsini ləğv etdirərək məqsədinə nail olmağa çalışır. 
Hal-hazırda iş Ali Məhkəmədə Sənan Hacıyevin icraatındadır. 07.01.2019-cu il tarixdə işə baxılacaq.
Mən, 65000 ABŞ dolları pul verib mənzil almışam, notarius alqı-satqı müqaviləsini qeydiyyata salmamağı mənim günahım deyil. Həmin mənzil hal-hazırda söküntüyə gedir, hansısa MTK-a ilə əlbir olub və mənim qanuni mənzilimi əlimdən alırlar.
Xahiş edirəm bir tənha qadın kimi, qızımın 4 yetim uşağının mülki olduğunu nəzərə alıb, qanunla Ali Məhkəmədə qanunun aliliyi naminə, işə obyektiv və ədalətli baxılmasına köməklik göstərəsiniz.

Hörmətlə: Almaz Xəlilova






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi