ELDAR ƏZİZOV keçiddəki restoranı niyə bağlatdırdı? - BŞİH-dən AÇIQLAMA...

Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində (Tarqovı) yerləşən  "PASSAGE 145” restoranının qeyri-qanuni "Passaj” keçidinə çoxsaylı masa və stullar yerləşdirərək keçidi tamamilə bağlaması ilə bağlı  Bakı Şəhər İcra Hakimiyyətinin
"Qaynar xətti”-nə məlumat daxil olub. 
"AzerTaym.az" bildirir ki,bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri
İsrafil Kərimov məlumat verib. 
Onun sözlərinə görə, "Passaj” keçidinin  bu formada qanunsuz bağlanması sakinlərin ciddi narazılığına səbəb olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müraciətlə əlaqədar meriyanın aidiyyətı qurumlarına tapşırıq verib: "Ərazi təmizlənib, keçiddəki maşalar götürülüb, "PASSAGE 145” restoranına isə ciddi xəbərdarlıq edilib. Bildirilib ki, insanların sərbəst hərəkəti və istirahətinə mane olan hallar ciddi nəzarətdədir, belə hallara yol vermək olmaz”. 
Qeyd edək ki, "Passaj” keçidi dövlət tərəfindən təmir edilib, üzərində panolar quraşdırılıb. Bu keçid vətəndaşların, turistlərin keçməsi üçün nəzərdə tutulub.
ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

 






Fikirlər