“ONUN OĞLU ORDUDA XİDMƏT ETMƏYİB” – Müdafiə Nazirliyindən açıqlama

скачанные файлы

Xəbər verdiyimiz kimi, mətbuatda ötən ilin aprel ayında tutduğu vəzifədən azad edilən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və ailə üzüləri ilə bağlı  yeni məlumatlar yayılıb.

Həmin məlumatlarda onun oğlu Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu barədə məlumatlar yer alıb.  Elnur İbrahimovun Silahlı Qüvvələrdə hərbi xidmətə yollanması haqqında məlumat yayıldıqdan sonra onun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi  qeyd olunub. Buna sübut kimi bir neçə foto da məlumatda yer alıb.

 

1460450933_12456

Diasporla İş üzrə Dövlət Komitəsinin  keçmiş sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun Silahlı Qüvvələrə hərbi xidmətə yollandıqdan sonra xidmətini hərbi hissədə keçirməməsilə bağlı “AzPolitika.info” saytının sualına Müdafiə Nazirliyindən verilən cavab isə maraqlı bir faktın üstünü açıb.

Nazirlikdən verilən cavabda bildirilib ki, İbrahimov Elnur  Nazim oğlu adlı şəxs Azərbaycan ordusunda ümumiyyətlə xidmət etməyib və Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə qeydiyyatda olmayıb.

“Onun xidmətini harada keçməsi ilə bağlı hərbi xidmətə çağrışla məşğul olan quruma müvafiq qaydada müraciət etməyiniz tövsiyyə olunur” -deyə nazirlikdən verilən cavabda bildirilir.

Maraqlıdır, Nazim İbrahimovun oğlu hansı Silahlı Qüvvələrə aid hərbi hissədə xidmət edib? Və ya ümumiyyətlə, hərbi xidmətdə olubmu?

Bu suallara da aydınlıq gətirməyə çalşacağıq.

AzPolitika.info

 

 

 






Fikirlər