Təhsil sistemidə dəyişikliklər ÜNİDVERİCİDİR.. - ÖZƏL

Image result for ceyhun bayramov

Ceyhun Bayramovun təhsil naziri təyin olunması ilə yanaşı Təhsil Nazirliyinin və onun aparıcı strukturların rəhbərliyinə yeni şəxslərin gətirilməsi tədricən öz bəhrəsini verməkdədir.

İllərlə təhsil sistemində yığılan problemlərin bir neçə ay, hətta bir il ərzində aradan qaldırılacağını düşünmək sadəlövhlük olardı. Ancaq bu gün tam əminliklə söyləmək olar ki, uzun illər cəmiyyətin təhsillə bağlı narahatçılığının əsas səbəblərindən bir neçəsi artıq aradan qaldırılıb. Qeyd edək ki, cəmiyyəti əsas narahat edən problemlərdən biri orta məktəblər arasındakı bərabərsizlik idi. Yalnız ucqar kəndlərdə mövcud olan məktəblə Bakıdakı məktəblər arasında deyil, paytaxtdakı məktəblər arasında ciddi qeyri-bərabərlik mövcud idi. Son bir ildə bu bərabərsizliyin ləğv edilməsi istiqamətində ciddi addımlar atılıb. Məlumdur ki, hər bir valideyn övladlarının daha yaxşı təhsil almalarına çalışırlar və buna görə də daha keyfiyyətli tədrisin mövcud olduğu məktəbi seçməyə çalışırlar. Ötən illərdə bu vəziyyət neqativ halların meydana çıxamasına səbəb olurdu. Bunu aradan qaldırmaq üçün Təhsil Nazirliyinin rəhbərliyi iki istiqmaətdə addımlar atmağa başladı. Birincisi, məktəblərin tədris səviyyəsinin yüksəldilməsi və bir-birinə yaxınlaşdırılması əsas istiqmaət seçildi. İkinci addım kimi Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirildi. Bu tədbir neqativ halların aradan qaldırılması ilə yanaşı həm də buna səbəb olan cəmiyyətdə qeyri-bərabərlik haqqında təsəvvürlərin dağılmasına səbəb oldu.

Yeri gəlmişkən qeyd edək ki, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması ilə yanaşı prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatın və elektron hökumətin dairəsinin genişləndirilməsi ilə dövlət siaysətinin tələblərinə də öz tövhəsini verir.

Təhsil sistemində irəliyə doğru atılan addımlardan biri də təmayüllü məktəblərin, siniflərin sayının artırılmasıdır. Ekspertlər də bunu təhsil sistemimizin ən uğurlu, nəticə verən addımlardan hesab edir. Dünyanın inkişaf etmiş ölkələrində artıq şagirdlərin yuxarı siniflərdə gələcək ixtisaslarını seçim etməsinə şərait yaradılıb. Bunun nəticəsində şagirdlər sevmədikləri və gələcəkdə istifadə etməyəcəkləri fənləri tədirs etmək məcburiyyətində qalmırlar. Çünki təmayül siniflərdə şagird keçəcəyi fənləri özü seçir. Texniki və ya riyaziyyat təmayüllü şagirdlər tarix və ya ədəbiyyat oxumaq məcburiyyətində qalmırlar.Heç şübhəsiz ki, bu, onların gələcəkdə doğru  ixtisas seçmələrinə yardım etdiyi kimi, yaxşı mütəxəsis olmalarının da təməlini qoymuş olacaq.

Təhsil sistemindəki uğurların sıarsında müəllimlərin işə qəbul, hətta direktorların təyin olunması prosesinin şəfaflaşdırılması da təhsildə neqativ halların aradan qaldırılması ilə yanaşı, keyfiyyət dəyişikliyinin də təməlini qoymuş olur. Xatırlatmaq istərdik ki, bir neçə il əvvəl o zaman təhsil naziri olan Misir Mərdanov məktəb direktorlarınn təyinatı prosesinin yerli icra hakimiyyətlərinin nəzarətində olmasının təhsilə zərər vurduğunu qeyd etmişdi. O zaman sabiq nazir bu vəziyyətdən çıxış yolunu tapa bilməsə də, yeni rəhbərlik demək olar ki, bu problemi yeni texnologiyarın tətbiqi ilə həll edib.

Təhsil sistemindəki bu uğurlar yeni rəhbərliyin problemlərə mütərəqqi yanaşma sərgiləməsi ilə yanaşı, həm də vahid komanda kimi çalışa bilməsi ilə bağlıdır. Əvvələr Təhsil Nazirliyinin rəhbərliyində olan şəxslər arasında nüfuz savaşı haqqında cəmiyyətdə məlumatlar dolaşardı. Bəzən hətta Təhsil Nazirliyinin ayrı-ayrı strukturları arasında ada oxşar problemlər yaşanması haqqında məlumatlara rast gəlinirdi. İndi isə tam bunun əksini müşahidə edirik. Təhsil Nazirliyinin rəhbərliyi vahid komanda şəklində fəaliyyət göstərir. Bu prosesin başında təhsil naziri Ceyhun Bayramov dayansa da, Təhsil Nazirliyi aparatının və Bakı şəhəri üzrə  Təhsil İdarəsinin rəhbərliyi də prosesə öz tövhəsini verməkdədir.

 Bu gün paytaxtın 350-ə yaxın təhsil müəssisəsində təhsilə yeni yanaşmanı uğurla tətbiq edilməsini də vurğulamağa ehtiya var. Məsələ ondan ibarətdir ki, bu il paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48 000-dən çox şagird elektron qeydiyyatdan keçib. Onların qəbulunun şəffaf və obyektiv şəkildə aparılmasının nəticəsidir ki, bir neçə il əvvəl müşahidə olunan şikayətlərə bu il rast gəlinmədi.

 Bu məqamda prosesin təşkilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivinin və şəxsən İdarənin müdiri Rəşad Tağıyevin rolunu qeyd etməmək insafsızlıq olardı.

Rəşad Tağıyevin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə gətirildikdən sonra həyata keçirilən islahatlardan biri də paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə peşə təmayüllü siniflərin yaradılmasıdır.

Image result for bakı baş təhsil rəşad

Məlumdur ki, peşə təmayüllü məktəblər gənc nəslin ümumi orta təhsil bazasında müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin edir. Bazar iqtisadiyyatının inkişafında peşə ixtisaslarına dərindən bələd olan təbəqənin mövcudluğu önəmli rol oynayır. Hətta bəzi ekspertlər bunsuz iqtisadiyyatın dayanaqlı inkişafının mümkünsüzlüyünü qeyd edirlər. Bu mənada bu gün paytaxtın beş məktəbində yaradılan peşə təmayyüllü məktəb ölkə iqtisadiyyatının da inkişafına da öz tövhəsini verəcək. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla həyata keçirilməsi isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qısa müddətdə görüdüyü işin miqyası haqqında daha dolğun təəssürat yaradır.

Bütün bunlar isə təhsilin, deməli cəmiyyətin gələcəyinə inamla baxmağa imkan verir. Heç şübhəsiz ki, bu uğurlar növbəti uğurlar üçün təməl rolunu oyanayacaq və biz media cameəsi də təhsildə yeni-yeni uğurların şahidi olmaqla bərabər,söz veririk ki,onları vaxtaşırı məmnunluqla işıqlandıracağıq.

Azər Abdul,

"AzerTaym.az"






Fikirlər