Baydenin Türkiyəyə F-16 satılmasına yaşıl işıq yandırmasına təpki: “Bunu eşitmək şokedicidir”

Baydenin Türkiyəyə F-16 satılmasına yaşıl işıq yandırmasına təpki: “Bunu eşitmək şokedicidir”

ABŞ prezidenti Co Baydenin "Türkiyəyə F-16 satmaq lazımdır” sözləri ABŞ-da təpkiylə qarşılanıb. 
 
Ads by 
4
Reklamınızı SmartBee ilə effektiv edin.

 

  Baydenin sözlərinə reaksiya verən iki ABŞ senatoru "bunu eşitmək şok oldu" deyərək belə bir satışa qarşı olduqlarını bildiriblər.
 
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden dünən NATO Liderlər Zirvəsi sonrası təşkil etdiyi mətbuat konfransında Türkiyəyə F-16 və modernizasiya dəstlərinin satışını dəstəklədiyini bildirib. O, açıqlaması zamanı "Biz F-16 qırıcılarının satışı və modernləşdirilməsini həll etməliyik, bunu həll etməmək bizim marağımıza uyğun deyil", - deyə Bayden bildirib. 
 
Bayden deyib ki, dekabr ayından bu barədə danışırıq. Bunun üçün Konqresin də təsdiqinə ehtiyacımız var. 
 
Baydenin sözləri isə ABŞ-da böyük müzakirələrə səbəb olub. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Qus Bilirakis və Nikol Malliotakis Baydenin sözlərinə yazılı açıqlama ilə cavab veriblər: 
 
“Keçən ay Vaşinqtona gələn Yunanıstanın baş naziri Mitsotakisin Türkiyənin hücumlarından birbaşa narahat olduğunu deməsindən sonra prezident Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışını dəstəklədiyini eşitmək şokedici oldu”, - deyə bəyanatda bildirilir.
 
Bəyanatda senatorlar belə bir satışın əleyhinə olduqlarını və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində buna etirazlarını bildirəcəklərini deyiblər.






Fikirlər