Tanınmış jurnalistin məhkəməsi təxirə salındı - SƏBƏB

Sabunçu Rayon Məhkəməsində hüquqşünas Aslan İsmayılovun tanınmış jurnalist, “Prime Tv” nin rəhbəri Aygün Muradxanlıya qarşı iddiası üzrə növbəti məhkəmə iclası növbəti dəfə baş tutmayıb.

Musavat.com xəbər verir ki, ötən iclaslar Aslan İsmayılovun, sonuncu iclas isə Aygün Muradxanlının prosesə qatılmaması səbəbindən təxirə salınıb. Aslan İsmayılov jurnalisti onun şərəf və ləyaqətini alçaltmaqda ittiham edir.

Aygün Muradxanlı proseslə bağlı Musavat.com-a bildirib ki, Aslan İsmayılovun iddiası əsassızdır: “Biz də ona qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldıracağıq. Bu günə qədər bir neçə iclas təyin olunsa da, Aslan İsmayılov iclaslarda iştirak etməyib”.

Aygün Muradxanlının vəkili Sahil Quliyev Musavat.com-a bildirib ki, növbəti iclas dekabrın 8-ə təyin olunub: “Müvəkkilim ölkədə xaricində olduğu üçün iclasın vaxtı dəyişdirildi. Bununla bağlı ərizə yazdıq”.






Fikirlər