TÜRKİYƏ F-35-lərə görə S-400-dən imtina edib?

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərindən (SAM) imtina edərək Amerikadan F-16 qırıcılarının alınmasına qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiyadan 2,5 milyard dollara alınan və ABŞ-la münasibətlərdə böhrana səbəb olan S-400 hava hücumundan müdafiə sistemlərinin hələ də anbarlarda saxlandığı iddia edilir: “Pərdəarxası məlumatlara görə, Türkiyə S-400 probleminin həlli ideyasını müzakirəyə çıxarıb ki, bu da ABŞ-ın F-35-ləri satmağa qayıtması üçün şərtdir”.






Fikirlər