Ermənistan bu əraziləri Azərbaycana qaytarmağa hazırlaşır - Tezliklə...

Ermənistan bu əraziləri Azərbaycana qaytarmağa hazırlaşır - Tezliklə... 

“Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılmasına hazırlıq aparılır”. 

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib. 

V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.  vakansiya 2023

O iddia edir ki, Azərbaycanın əsas məqsədlərindən biri də Ermənistan ordusunun silahsızlaşdırılmasıdır. 

“Bunu Qarabağda hərbi birlikləri (separatçıların terrorçu dəstələrindən söhbət gedir-red) məhv etməklə həyata keçirdilər. İndi növbə Ermənistan ordusundadır və görünür, buna da nail olacaqlar”, - erməni ekspert deyib. 






Fikirlər