Hindistanın səfiri Lənkəranda - Fotolar

“Hindistanın səfiri Lənkəranda - FotolarBu gün Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Lənkərana tanışlıq səfərinə gəlib.

 AzerTaym.az-a daxil olan məlumata görə, səfir əvvəlcə Lənkəran Dövlət Universitetində rektorla görüşüb. Görüş zamanı səfirə Lənkəran Dövlət Universiteti barədə məlumat verilib və təhsil, müəllim-tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı İcra başçısı qonağa rayonun təbii-coğrafi mövqeyi, tarixi, iqtisadiyatı və mədəniyyəti barədə məlumatlar verib və Azərbaycan-Hindistan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Lənkəranla dost ölkə arasında iqtisadi-mədəni əlaqələrin və əməkdaşlığın qurulmasında, xüsusilə kənd təsərrüfatının çayçılıq bölməsinin inkişafı ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.

Səmimi qəbula görə İcra başçısına minnətdarlığını bildirən səfir qarşılıqlı olaraq bu fikirləri dəstəklədiyini, səfir olaraq bu əlaqələrin qurulmasında bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Görüşün sonunda səfirə yerli sənətkarların toxuduğu xalça hədiyyə olunub.

Hindistanın səfiri Lənkəranda - Fotolar

 






Fikirlər