Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus ticarət mərkəzlərinin kütləvi şəkildə söküntüsünə başlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Moskva bələdiyyəsi bu obyektlərin tikintisi və fəaliyyətinin ganunsuz həyata keçirildiyini bəyan etsə də obyekt sahibləri bununla razılaşmır. 

Moskvanın mərkəzindəki bəzi metro stansiyalarının çıxışları sözün həgigi mənasında zəlzələ bölgəsini xatırladır. Gecə saatlarında sökülən obyektlərdən geriyə galan töküntülər gündüz yük maşınlarıyla şəhər kənarına daşınır. Sahibləri arasında azərbaycanlıların da olduğu bu obyektlərin xəbardarlıq edilmədən gecə saatlarında sökülməsi sahibkarların ciddi etirazlarına səbəb olub.


Kiçik ticari işlətmələr və köşklər birliyinin prezidenti Vladlen Maksimov

“Zərərçəkən bütün sahibkarlarımıza məsləhətim budur ki birlikdə Moskva bəldəiyyəsinə öz etirazlarını bildirsinlər”

“Mən belə hesab edirəm ki, obyektlərin bu şəkildə sökülməsi Moskva bələdiyyəsinin kobud səhvidir. Ən azından kiçik sahibkarlığa dəstək komitəsi bu obeykləri icarəyə götürən insanlara xəbərdarlıq edə bilərdi. Niyə bunu etmədiklərini mən anlaya bilmirəm. Ona görə indi zərərçəkən bütün sahibkarlarımıza məsləhətim budur ki, birlikdə Moskva bələdiyyəsinə öz etirazlarını bildirsinlər. Bu insanlar arasında təbii ki, ənənəvi olaraq ticarətlə məşğul olan azərbaycanlılar da az deyil.” – deyə Kiçik ticari işlətmələr və köşklər birliyinin prezidenti Vladlen Maksimov bildirib. 

İndiyədək 50-dən çox obyekti yerlə bir edən Moskva bələdiyyəsi 1 mart tarixinədək 104 ganunsuz tikiliyi sökmək niyyətindədir.