EKOLOGİYA və TƏBİİ SƏRVƏTLƏR Nazirliyinin bir qrup ƏMƏKDAŞI TƏLTİF edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncamla Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Tərəqqi” medalı ilə Axundov Mehman Maqsud oğlu Əhmədova Xanım Nutvəli qızı Əsgərova Aybəniz İman qızı İsmayılov Məhərrəm Həsən oğlu Məmmədova Gülnarə Əjdər qızı Mustafayev Səlim İbrahim oğlu Sadıqov Zahir Valeh oğlu Salahov İlham Abdulla oğlu Səfərov Oruc İsa oğlu Vəliyev Rəfi Həbibullah oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Səttar-zadə Rasim İsrafil oğlu Yaqubova Solmaz Bala-ağa qızı Zülfüqarova Vəfa Məhəmməd qızı.