Əsas Səhifə > Əsas xəbərlər > “Tarixdə BELƏ ŞEY görməmişik”
“Tarixdə BELƏ ŞEY görməmişik”7-04-2016, 08:29 |
Bizdə nə vaxtsa fikir formalaşıb ki, ermənilər sözlərinə əməl edəcək?! Azərbaycan tarixində biz belə bir şey görməmişik. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfinin yenidən atəşkəsi pozmasına münasibət bildirərkən deyib. S.Seyidov deyib ki, ermənilər həmişə hansısa sənədləri, imzaları, qanunları önə çəkib onları pozublar: “Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, bunların siyasəti qanundan, sözdən, müqavilədən, məsələdən istifadə edərək qanunu, sözü, müqaviləni pozmaqdır. Onların ideyası bundan ibarətdir”. AzerTaym.az Geri qayıt |