Əsas Səhifə > Əsas xəbərlər > ƏSGƏRLƏRİN EHTİYATA
ƏSGƏRLƏRİN EHTİYATA15-04-2016, 22:00 |
Əsgərlik müddəti başa çatmış müddətli hərbi xidmət keçən hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb. Bu barədə musavat.com-a hərbi xidmətini başa vurub, aprelin 15-də ehtiyata buraxılan əsgərlərin ailələrindən məlumat verilib. Qeyd edək ki, Ali Baş Komandan, prezident İlham Əliyev martın əvvəlində silahlı qüvvələrdə xidmət keçən və hərbi xidmət müddəti başa çatan müddətli hərbi qulluqçuların aprelin 1-dən 30-dək ehtiyata buraxılması və hərbi xidmət yaşı çatmış çağırışçıların silahlı qüvvələrdə xidmətə çağırılması barədə fərman imzalamışdı.
Geri qayıt |