Əsas Səhifə > Əsas xəbərlər > İCRA BAŞÇISI NİŞANLI QIZIN axtarışları üçün

İCRA BAŞÇISI NİŞANLI QIZIN axtarışları üçün


20-04-2016, 12:25

adc1e362-e5cb-44b6-985f-d9d2b2e14732_292

Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Yaşar Məmmədov itkin düşmüş 15 yaşlı qızın axtarılması üçün Samur-Abşeron kanalında suyun kəsilməsi barədə göstəriş verib.

“Report”un məlumatına görə, rayonun Ramazan Əliyev adına Barlı kənd orta məktəbinin 9-cu sinif şagiridi Güldanə Vaqif qızı Tağıyeva aprelin 19-da günorta saatlarında məktəbdən çıxıb və evə qayıtmayıb. Məktəbli qızın valideynləri onu bir neçə saat axtarsalar da, tapa bilməyiblər və sonra Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.
Quba RPŞ-nin əməkdaşları G.Tağıyevanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirib. Lakin G.Tağıyevanı hələ də tapmaq mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub olub ki, sakinlər G.Tağıyevanı sonuncu dəfə Samur-Abşeron su kanalının yaxınlığında görüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu Samur-Abşeron kanalında axtarışlara başlayıb. Su kanalında axtarışlar nəticə vermədiyi üçün icra başçısı Y.Məmmədov kanalın suyunun kəsilməsi barədə göstəriş verib.
Qeyd edək ki, 15 yaşlı Güldanə Tağıyevanın nişanlı olduğu bildirilir.

 


Geri qayıt