Əsas Səhifə > Əsas xəbərlər > RUSİYA XİN Qarabağla
RUSİYA XİN Qarabağla22-04-2016, 11:28 |
“1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır”.Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.“Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı kontekstində Rusiya tərəfinin qəti mövqeyi ondan ibarətdir ki, atəşin dayandırılmasına dair 1994-cü il tarixli Razılaşma və bu razılaşmanın möhkəmləndirilməsi üçün qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsinə dair 1995-ci il tarixli Razılaşma müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir”, - XİN-in məlumatında qeyd edilib. Geri qayıt |