Əsas Səhifə > Əsas xəbərlər > Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın 8 sakini yaralanıb,

Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın 8 sakini yaralanıb,


28-04-2016, 09:30

Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın 8 sakini yaralanıb, bir nəfər ölüb - SİYAHI

Aprelin 27-si gecə saatlarından ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Bu barədə “Report”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Ölən şəxs rayonun Çəmənli kənd sakini 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.
Yaralılar isə bunlardır:
1. Abdullayev Anar Nizami oğlu 1975-cı il təvəllüdlü Çəmənli kəndi
2. Rəhimov Zahid Vəliş oğlu 1985-cı il təvəllüdlü Çəmənli kəndi
3. Hüseynov Əli Müseyib oğlu 1943-cı il təvəllüdlü Çəmənli kəndi
4. Kərimov Sirdaş Şükür oğlu 1962-cı il təvəllüdlü Çəmənli kəndi
5. Məmmədov Adil Musdu oğlu 1955-cı il təvəllüdlü Çəmənli kəndi
6. Məmmədov Elnur Polu oğlu 1978-cı il təvəllüdlü Əfətli kəndi
7. Qarayev Elgiz Elbrus oğlu 1985-cı il təvəllüdlü Qaradağlı kəndi
8. İmanov Məhəmmədəli Soltan oğlu 1963-cı il təvəllüdlü Zəngişalı kəndi (kantuziya).
Bundan başqa, “Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.

 


Geri qayıt