Əsas Səhifə > Əsas xəbərlər > Bir gecədə 59 EVƏ mərmi düşdü

Bir gecədə 59 EVƏ mərmi düşdü

28-04-2016, 11:54

“Bir gecədə 59 evə mərmi düşdü - Ağdamdan fotolar

“Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub".

AzerTaym.az  xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.

O qeyd edib ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-nə keçən gecə olub: "Bu gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb".

İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfətlidə 7 ev dağıdılıb: "Hazırda araşdırma gedir, ola bilsin ki, bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir".

Bir gecədə 59 evə mərmi düşdü - Ağdamdan fotolar

Geri qayıt