Əsas Səhifə > Əsas xəbərlər > Deputatdan şagirdini hamilə qoyan müəllimlə bağlı -
Deputatdan şagirdini hamilə qoyan müəllimlə bağlı -13-05-2016, 14:28 |
“9-cu sinif şagirdinin hamilə qalmasına səbəb olan müəllimi sürgün eləmək lazımdır”. Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abıyev Şamaxı Rayonunda müəllimindən hamilə qalan şagird olayına münasibətində deyib. A.Abıyev baş vermis hadisəni insanlığa sığmayan cinayət adlandırıb: “O müəllim adam deyil, heyvandır. Onu insan saymaq olmaz. 80 yaşım var, həyatımda ilk dəfədir ki, belə insanlığa sığmayan hadisə ilə qarşılaşıram. Bu, vəhşilikdir, 9-cu sinif şagirdini hamilə qoyan xəstə adamdır. Bu həm də insanlığa qarşı xəyanətdir”. Geri qayıt |