Əsas Səhifə > Əsas xəbərlər > Səməd Seyidov AŞPA-dan yazdı:
Səməd Seyidov AŞPA-dan yazdı:23-05-2016, 13:10 |
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyunun ortalarında Bakıya gələcək. AzerTaym.az Modern.az istinadən verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Səməd Seyidov “Twitter” şəbəkəsində məlumat verib
Bu gün Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edən Səməd Seyidov həmməruzəçilərdən səfərlə bağlı razılıq aldıqlarını söyləyib:
“Monitorinq komitəsinin məruzəçiləri iyunun ortalarında Azərbaycana gəlməyə razılıq verdi". Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri avstriyalı deputat Ştefan Şennah və rumıniyalı deputat Florin Predadır.
Geri qayıt |