Əsas Səhifə > Əsas xəbərlər > NAZİR iməciliyə getdi...
NAZİR iməciliyə getdi...4-06-2016, 18:30 |
“5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 4 iyun 2016-cı il tarixində Ələt-Salyan magistral avtomobil yolunun 5-8-ci kilometrliyinin yol kənarında salınmış yaşıllıq sahəsində iməcilik keçirilib. AzerTaym.az xəbər verir ki, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Nazirliyin əməkdaşları ilə yanaşı, ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 500-ə yaxın nümayəndəsi iştirak edib. Aksiyada 320 hektar sahədə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib. Qeyd edək ki, iməcilik keçirilən bu ərazidəki yaşıllıq sahəsi 2012-ci ildə salınıb. Yolboyu salınan yaşıllıq sahəsi göstərilən aqrotexniki qulluq sayəsində artıq meşə massivinə çevrilib. Qeyd edək ki, “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Geri qayıt |