Əsas Səhifə > Əsas xəbərlər > “Azərxalça”ya
“Azərxalça”ya10-06-2016, 18:34 |
Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə İdarə Heyəti sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb. AzerTaym.az xəbər verir ki, sərəncamda deyilir: “Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin”. Qeyd edək ki, Vidadi Muradov “Azər-İlmə”nin təsisçisi və rəhbəri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktorudur. Bir neçə ay öncə İlham Əliyev Vidadi Muradovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalamışdı.
Geri qayıt |