Əsas Səhifə > Əsas xəbərlər > “Azərbaycan” Nəşriyyatından “reket qəzetlər” barədə
“Azərbaycan” Nəşriyyatından “reket qəzetlər” barədə11-07-2016, 11:32 |
“Nəşriyyatın əsaslı təmir olunması bizim öz imkanlarımz xaricindədir. Bir neçə il əvvəl təmirlə bağlı birbaşa aid olduğumuz Prezidetin İşlər İdarəsinə müracət edilib. Bu istiqamətdə işlər gedir. Ancaq təmirə nə zaman başlanacağı dəqiq məlum deyil. Hələ ki, gözləyirik. Yəqin nə zamansa təmir başlanacaq”. Bu sözləri Modern.az saytına “Azərbaycan” Nəşriyyatının mətbuat katibi Yeganə Qasımova deyib. Yeganə Qasımova deyib ki, nəşriyyatın ümumi təmiri ilə bağlı hansısa imkanlı qəzet sahibləri təklif irəli sürməyib.
““Reket” adlandırılan, “qara siyahı”ya salınan qəzetlərin çap olunmaq üçün Ədliyyə Nazirliyindən rəsmi icazəsi varsa və hansısa qurumlar onları “qara siyahı”ya salıbsa, bizə bu barədə rəsmi məktub göndərilməyib. Bizdə bununla bağlı rəsmi məlumat yoxdur. Ola bilər ki, Mətbuat Şurası və digər qurumlar hansısa qəzetləri “qara siyahı”ya salıb və ya “reket” elan ediblər. Amma rəsmi olaraq bununla bağlı bizə müraciət daxil olmayıb”. Nəşriyyatın mətbuat katibi çap və kommunal borcu olan qəzetlərdən də danışıb: ““Azadlıq” qəzetinin çap və kommunal xərclərlə bağlı borcu var. Ara-sıra onlara bununla bağlı rəsmi məktub göndəririk. 20 min manatdan çox borc yığılıb. Müştərək dil tapmağa çalışırıq, kompromisə gəlirik.
Geri qayıt |