Əsas Səhifə > Əsas xəbərlər > Mərkəzi Neftçilər Xəstəxanasından
Mərkəzi Neftçilər Xəstəxanasından7-08-2016, 10:13 |
Dünyasını dəyişmiş xəstənin valideynlərinin tibbi personala qarşı heç bir iradları yoxdur Böyrək çatışmazlığından əziyyət çəkən 36 yaşlı Vüsal təxminən iki ay öncə əməliyyat olunmuş və ona anasının böyrəyi köçürülmüşdü. Qeyd etmək istərdik ki, bu hadisədən dərhal sonra, bəzi informasiya portallarında olayla bağlı qərəzli, qeyri-obyektiv yazılar dərc olunmağa başladı. Həmin yazılarda ölümün həkimlərin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından baş verdiyinə dair əsassız iddialar irəli sürülür, hadisənin səbəbi barədə yanlış ictimai fikir yaradılmasına səy göstərilir. Bəzi müəlliflər isə, mərhumun qohumlarına istinadən xəstəni əməliyyat etmiş həkimləri ittiham etməyə çalışırlar. “Xəstəyə bizim tərəfimizdən təxminən iki ay əvvəl, 26.06.2016-ci ildə böyrək transplantasiyası icra olunmuşdur. Nəzərinizə çatdırıram ki, böyrək donoru xəstənin anası olmuşdur və anasından böyrək laparoskopik, yəni qapalı üsulla alınmışdır. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə evə yazılmışdır. Evə getdikdən bir neçə müddət sonra xəstə təkrarən ümumi zəiflik, halsızlıq şikayətləri ilə bizə muraciət etdi. Xəstə xəstəxananın daxili imkanları hesabına ambulator mealicəyə alındı. Müalicə prosesində xəstəyə lazımi müdaxilələr həyata keçirildi. Lakin, təəssüflər olsun ki, müalicə effekt vermədi ve xəstə dünyasını dəyişdi. Təbii ki, bu xoş hadisə deyil. Amma bu tip, yəni orqan köçürülməsi olan xəstələrdə görülə biləcək risklər arasındadır. Qeyd edim ki, orqan köçürülməsi olan xəstələrin 15-20%-ində fəsadlaşma və o cümlədən ölüm ola bilər ve bu dünya praktikasında ən müasir mərkəzlərdə də qəbul olunan rəqəmdir. Bizim mərkəzdə isə, ölum faizi 4,6%-dir, yəni 283 xəstədən 13-ü dunyasını dəyişib. Bu məsələnin ailə və sosial tərəfinə gəlincə: əməliyyatdan əvvəl xəstə və onun qohum ve yaxınları əməliyyat ve onun fəsadları haqqında məlumatlandırılırlar. Onlara bütün risklər, ölumə qədər geniş izah olunur, ailə üzvləri lazımi sənədləri imzaladıqdan sonra isə, xəstə əməliyyata alınır. Bu razılıq olmadan heç bir həkim xəstəni əməliyyata almaz. Onu da qeyd edim ki, bu xəstələr dializ proqramında olub, ölümə məhkum olmuş insanlardır. Orqan koçürülməsi əməliiyatı isə, həmin insanları ölümün qucağından qurtarmaq üçün bir şansdır”.
Geri qayıt |