Əsas Səhifə > Əsas xəbərlər > “Nazirlər Kabinetinin buraxılması o qədər də asan deyil…”
“Nazirlər Kabinetinin buraxılması o qədər də asan deyil…”25-08-2016, 19:42 |
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mətbuata açıqlamasında referenmdumla Konstitusiyaya ediləcək dəyişikliklər fonunda Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. “Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir”,-deyə o bildirib. Musa Quliyevin fikrincə, bununla belə, referendumun məqsədi heç də birbaşa Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı deyil. Deputat bildirib ki, vitse-prezidentlik institutunun yaradılması ilə Nazirlər Kabinetinin buraxılmasını söyləmək o qədər də asan deyil. Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcək.
Geri qayıt |