Əsas Səhifə > Əsas xəbərlər > Deputat 80 MİN dollarla kifayətləndi

Deputat 80 MİN dollarla kifayətləndi


30-08-2016, 22:58

Deputat 80 min dollarla kifayətləndi — Barışıq oldu

Deputat Rüfət Quliyevin adı hallanan məhkəmə çəkişməsi tərəflərin barışıq sazişi ilə sona çatıb.

 AzerTaym.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə prosesdə R.Quliyevi təmsil edən vəkil Kamandar Nəsibov məlumat verib.
 Məlumata görə, məhkəmə çəkişməsinin başlanmasının səbəbi ondan ibarət olub ki, Toğrul Rüfət oğlu Rüstəmzadə 2011-ci ildə atasının dostu Namiq Rahib oğlu Səfərovla birgə biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə çoxsaylı elektron yazışmaları və telefon danışıqları aparıb, Bakıda və xaricdə görüşüblər. Toğrul Rüstəmzadə özü daim xaricdə yaşayıb işlədiyindən pul vəsaitlərini atası vasitəsilə Namiq Səfərova verib.
 Amma aradan uzun müddət keçdiyinə baxmayaraq, Namiq Səfərov biznes fəaliyyətini qura bilməyib, aldığı pulları T.Rüstəmzadəyə geri qaytarmayıb və 2015-ci ilin mart ayında vəfat edib.
 Mərhumun varisi olan həyat yoldaşı Səfərova Nurana Mirzəli qızı ilə ilkin danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət olunub. Məhkəmə baxışı ərəfəsində Namiq Səfərovun həyat yoldaşı Nurana Səfərova mərhum ərinin Toğrul Rüstəmzadə ilə çoxsaylı elektron yazışmaları ilə yaxından tanış olandan sonra ərinin həqiqətən də Toğrul Rüstəmzadəyə böyük məbləğdə pul borcu olduğunu etiraf edib və bu məbləğdən cəmi 80 (səksən) min ABŞ dollarını ödəmək imkanında olduğunu bildirib. Mərhum N.Səfərovun ailəsinin düşdüyü ağır maddi durumu nəzərə alan T. Rüstəmzadə bu məbləğlə razılaşıb. Bununla tərəflər arasında barışıq tam şəkildə bərpa olunub və məhkəmə çəkişməsi bitib. Tərəflərin barışıq sazişini nəzərə alan məhkəmə mülki iş üzrə icraata xitam verib.
 “Qafqazinfo” xatırladır ki, daha öncə yayılan məlumatlara görə, R.Quliyev Namiq Səfərovun ailəsini məhkəməyə verərkən iddia ərizəsində bildirib ki, 2011-ci ildə N.Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, N.Səfərova ümumilikdə 81 min 850 dollar verib. R.Quliyev 2014-cü ildə verdiyi pulu və faizləri tələb edərək, N.Səfərovun həyat yoldaşı Nuranə Səfərovadan pulunu tələb edib. Deputat mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edib.

Geri qayıt