Əsas Səhifə > Əsas xəbərlər > General MİTİNQLƏ
General MİTİNQLƏ9-09-2016, 13:18 |
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 11-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. AzerTaym.az.az Apa-ya istinadən xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar". Geri qayıt |