Əsas Səhifə > Əsas xəbərlər > NÖVBƏTİ TİKİNTİ FIRILDAĞI - “Dağlar” MTK-nın “qurbanları”
NÖVBƏTİ TİKİNTİ FIRILDAĞI - “Dağlar” MTK-nın “qurbanları”26-09-2016, 17:54 |
Əlbəttə, bu cür dələduzluqların geniş yayılmasında dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının da rolu böyükdür. Tikinti şirkəti yaradıb, vətəndaşlardan pul yığanların kimliyinin, məqsədlərinin və topladıqları pulları təyinatı üzrə xərclədiklərinə nəzarətin olmaması sonda 100-lərlə insanın dələduzların qurbanına çevrilməsinə şərait yaradır. Həm mənzildən olurlar, həm də pullarından.
Zərərçəkmişlərin Prezident İlham Əliyevə yazdıqları məktubda bildirilir ki, “Dağlar” MTK-nın sədri olmuş, hal-hazırda məhkum edilmiş Əliyev Şahin Saleh oğlu onlarla vətəndaşı mənzil satmaq adı altında aldadıb. Dələduzluqla vətəndaşların külli miqdarda pulunu ələ keçirib. Hətta tamahı o qədər böyük olub ki, I-ci qrup əlil, əlillik arabasına məhkum olunmuş Nəzərli Nazim Nəzər oğlunun 152 min manatını mənimsəməkdən belə çəkinməyib. Məktubda qeyd edilir ki, “Dağlar” MTK-nın sədri və təsisçilərindən biri olan Əliyev Şahin Saleh oğlu bu əməli ilə çoxlu sayda vətəndaşa həm maddi, həm də ağır mənəvi zərər vurub: “Əliyev Şahin Saleh oğlunun cinayətkar əməli öz hüquqi qiymətini tapmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Əliyev Şahin Saleh oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, cəzası qismən toplanılaraq, 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib”. Zərərçəkmişlərin yazdığına görə, onların mülki iddia tələbi də məhkəmə tərəfindən qismən təmin edilib. Ancaq bu, kağız üzərində qalıb: “Bu iş üzrə ibtidai istintaq zamanı Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz kücəsi 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdu. Zərərçəkmişlər bunun qanunsuz və ədalətsiz olduğunu, bununla onların MTK-ya mənzil almaq üçün ödədikləri vəsaitin geri qaytarılması imkanının yox edildiyini bildirirlər: “Hesab edirik ki, hökmün yuxarıda qeyd etdiyimiz hissəsi tamamilə qanunsuz və əsassızdır. Yəni, qeyd olunan qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi o deməkdir ki, Əliyev Şahin Saleh oğlunun zərərçəkmişlərə vurduğu zərər hec vaxt ödənilməyəcəkdir. Cünki o, 11 il cəza cəkməlidir. Belə olan surətdə dəymiş ziyanın ödənilməsi sual altında qalır. Hesab edirik ki, dəymiş zərərin ödənilməsi məhkəmənin hökmü ilə Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Zərərçəkmişlərin yazdığına görə, məhkəmənin belə bir qərar verməsində “Dağlar” MTK-nın təsisçilərindən biri olan Çingiz Rzayevin xüsusi “əməyi” olub: “Məhkəmə baxışı gedən zaman biz fevralın 24-də və aprelin 1-də Prezident Administrasiyasında qəbulda olmuşuq. Qəbulda olarkən “Dağlar” MTK-nın təsisçilərindən biri olan Çingiz Rzayevin həbs qoyulmuş 890 kv.m. qeyri-yaşayış sahəsi üzərindən həbsin hər hansı bir yolla götürülməsinə çalışması ilə bağlı narahatçılığımızı bildirmişdik. Prezident Administrasiyasında isə məhkəmənin hökmünü gözləməyi tövsiyyə etmişdilər. Zərərçəkmişlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının qanunsuz olduğunu bildirərək, Prezidentdən kömək istəyirlər. Onlar Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulmuş “Dağlar” MTK-nın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinın satılaraq, onlardan alınan pulun ödənilməsini xahiş edirlər: “Dağlar” MTK-nın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi 5 təsisçiyə məxsusdur, onun 20% Əliyev Şahin Saleh oğlunundur. 20% ilə o, zərərçəkmişlərə müəyyən ödənişlər edə bilərdi. Rasim
Geri qayıt |