Əsas Səhifə > Əsas xəbərlər > Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı,
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı,4-11-2016, 10:13 |
3 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla Nərimanov rayon gənclərinin görüşü keçirilib. Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Milli Məclisin deputatını və fəal gəncləri salamlamış, Rasim Musabəyovun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir. Geri qayıt |