Əsas Səhifə > Əsas xəbərlər > 76 sayli orta məktəbın dırektoru
76 sayli orta məktəbın dırektoru20-11-2016, 22:21 |
Bakının Suraxanı rayonunda yerləşən 76 nömrəli tam orta məktəbdə artıq indidən qış tətilinə intensiv “hazırlıq işləri”nin getdiyi bildirilir. Doğrudur, adətən təhsil müəssisələrində müxtəlif hazırlıq işləri növbəti tədris ili üçün nəzərdə tutulur. Amma məlumata görə,76 nömrəli məktəbin direktoru məhz qış tətili günlərinə planlaşdırdığı məzuniyyətini qayğısız və dəbdəbə ilə keçirmək məqsədilə bəzi “tədbirlər” planı işləyib hazırlamışdır. Mənbələr bildirirlər ki, ilk növbədə bu planlara məktəbin müəllim və şagird kollektivindən mümkün qədər maksimal məbləğdə pul vəsaiti toplamaq daxildir. Nə yaxşı ki, bu yığımları həyata keçirmək üçün kifayət qədər səbəb və bəhanə mövcuddur.Məsələn, siniflərdən məktəbin təmiri üçün və bir çox digər bu kimi bəhanələrlə pul yığımları keçirmək bu təhsil müəssisəsində heç vaxt problem olmayıb. Digər tərəfdən isə, redaksiyamıza bir müddət bundan əvvəl də daxil olan məlumatlarda 76 saylı tam orta məktəbin direktoru Tehranə Tagıyevanın öz fəaliyyətində yol verdiyi özbaşınalıqlardan bəhs edən açıqlamalar təqdim edilməkdə idi. Həmin açıqlamalarda qeyd olunmuşdu ki, bu orta təhsil müəssisəsinə direktor təyin olunduqdan az müddət sonra, Tehranə müəllim məktəbdə müxtəlif hazırlıq kurslarının təşkilini geniş miqyasda həyata keçirməyə başlamışdı. Belə ki, dərs saatlarında uşaqlar məktəbdə olmaqla, kurslarda aldıqları tapşırıqları çalışırlar, dərsdən sonra isə, hərə öz seçdiyi ixtisas üzrə müvafiq kurslara dağılışır, müəllimlər də özlərinin keçdikləri əlavə məşğələlərin “effektivliyini” təsdiqləmək üçün uşaqların qiymətləndirilməsində heç bir problem yaratmırlar. Valideynlərə də bütün bu ideal mühitin mövcudluğunu və fasiləsiz işləkliyini təmin etmək üçün ayda hər fənn üzrə sadəcə müəyyən mıqdarda pul ödəmək qalır. P.S Bız də bir daha mövzu ilə əlaqədar Tehranə Tagıyevanın da mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt |