Əsas Səhifə > Əsas xəbərlər > “Sınıq Körpü”də qalmaqal-QARABAĞ ƏLİLLƏRİ İLƏ
“Sınıq Körpü”də qalmaqal-QARABAĞ ƏLİLLƏRİ İLƏ24-11-2016, 10:58 |
Dünən gecə saatlarında Azərbaycan Gürcüstan sərhəddinin “Sınıq Körpü” keçid məntəqəsində qalmaqal baş verib. Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi məlumatda bildirilir ki, qalmaqala səbəb bir qrup Qarabağ Müharibəsi əlillərinin Gürcüstandan gətirdikləri naringi və bananın ölkəyə buraxılmaması olub. Buna etiraz edən əlillər avtomobillərində olan meyvəni məntəqinin həyətinə töküblər. Vəziyyətin qarışdığını görən, Gömrük-keçid məntəqəsinin rəhbərliyi əraziyə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarını dəvət edib. Mənbəmiz onu da bildirib ki, qalmaqala görə, idxal gömrül xətti bir neçə saat bağlanıb. Geri qayıt |