Əsas Səhifə > Əsas xəbərlər > Eldar Quliyev beynəlxalq təşkilatda
Eldar Quliyev beynəlxalq təşkilatda1-12-2016, 11:55 |
Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bu qurumun 48-ci sessiyasında iştirak edir. AzerTaym.az-ın məlumatına görə, Eldar Quliyev assambleyanın plenar iclasında, iqtisadi və siyasi məsələlər üzrə komitə iclaslarında çıxış edib. Eldar Quliyev QDİƏT PAnın siyasi məsələlər komitəsinin iclasında dini ekstremizm və terrorçuluqla mübarizə haqqında çıxış edərək, Azərbaycanın da vaxtilə terrordan əziyyət çəkdiyini vurğulayıb. O, Ermənistan nümayəndə heyətinin əsassız təxribatlarına kəskin münasibət bildirərək, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 25 ildir yubanır. İqtisadi məsələlər üzrə komitə iclasında da çıxış edən Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında investisiya qoyuluşunun stimullaşdırılması, dövlətlərarası iqtisadi əməkdaşlığın güclədirilməsi və perspektivləri barəsində ətraflı danışıb. Geri qayıt |