Əsas Səhifə > Əsas xəbərlər > Bulvarda yolka qurulur,
Bulvarda yolka qurulur,8-12-2016, 12:10 |
“Hazırda bulvar ərazisində 35 metr hündürlüyündə yolka quraşdırılır. Eyni zamanda, prospektboyu yolların işıqlandırılması və bəzədilməsilə əlaqədar zəruri tədbirlər görülür”. Bunu Modern.az-a Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib. “Yeni illə bağlı böyük yolkalarla yanaşı, müəyyən aralıqlarda kiçik yolkalar da quraşdırılacaq. Eyni zamanda, Şaxta baba və Qar qızlar da fəaliyyət göstərəcək. Qar qız və Şaxta babalar hər il olduğu kimi lisenziya əsasında fəaliyyət göstərəcəklər. Onlar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən aldıqları lisenziya əsasında bizə müraciət edir və biz də müvafiq olanları seçirik. Bayramda bulvar ərazisində təxminən 10-13 şam ağacı, bir o qədər də Şaxta baba və Qar qız olacağı nəzərdə tutulub, amma sayın artıb-azalması da istisna edilmir”. R.Niftəliyev bildirib ki, bayram günlərində bulvarda pulsuz atraksion günləri də təşkil ediləcək: “Dekabrın 15-dən sonra, təxminən bayrama bir neçə gün qalmış pulsuz karusel aksiyalarımız olacaq. Günü indidən müəyyən olunmasa da, keçirilməsi nəzərdə tutulub və həmin günlərdə ictimaiyyətə elan edəcəyik. Bundan başqa, bayram günlərində atraksionların qiymətlərində güzəştlər tətbiq ediləcək. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a deyib ki, artıq uzun illərdir ki, Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni aparılır: Geri qayıt |