Əsas Səhifə > Əsas xəbərlər > “Vergilər Nazirliyi
“Vergilər Nazirliyi20-12-2016, 15:30 |
“Bu yaxınlarda Milli Məclis Vergilər Məcəlləsinə 201 dəyişikliyi qəbul etdi. Ancaq təəssüflər olsun ki, bu qanunun təbliğatı getmir. Bizə çoxlu müraciətlər olur. Xahiş edirəm ki, Vergilər Nazirliyi vergi qanunvericiliyindəki dəyişikliklərlə bağlı mətbuatda geniş məlumat versin”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. Deputat “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin vacib olduğuna da diqqət çəkib: “Bu, faktiki olaraq vergi yükünün azaldılmasına, vergi borclarının azaldılması üçün atılan addımdır. Burada təxminən 600 milyon manatdan söhbət gedir”.
Geri qayıt |